Always olaraq, başa düşürük ki gündəlik bezlərin nədən hazırlandığını bilmək istəyirsiniz. Bununla bağlı olaraq, sizə lazımi məlumatları verdiyimizə çox şadıq.
Always gündəlik bezlərinin hazırlanması üçün istifadə etdiyimiz materiallar gündəlik rahatlıq və qorumaya zəmanət vermək üçün diqqətlə hazırlanmışdır. Aşağıda məhsullarımızın hər bir komponentinin təfərrüatlı şəkildə verilmiş təsviri və funksiyasına baxa bilərsiniz.
Hələ də suallarınız var? Aşağıdakı Suallar və Cavablar bölməmizə baxın, yaxud bizə çəkinmədən mesaj göndərin.
Always bezləri gündəlik istifadə üçün təhlükəsizdirmi?
Bəli, bizim bezlərimiz təhlükəsizdir və bütün dünyada milyonlarla qadın tərəfindən hər gün istifadə edilir. Biz sizin təhlükəsizliyinizi təmin etməyə cavabdehik, buna görə də məhsullar həkimlər, universitet alimləri və səhiyyə orqanları kimi müstəqil ekspertlər tərəfindən qiymətləndirilərkən ciddi şəkildə sınaqdan keçirilir. Təhlükəsiz istifadəni təmin etmək üçün gündəlik bezlər istehsal zamanı 1800 keyfiyyət sınağından keçir Müstəqil laboratoriyalar hər il bizim bezlərimiz və öz komponentləri üzərində 20000-dən çox sınaq keçirirlər. Bundan əlavə Always Dailies Dəri Sağlamlığı İttifaqı tərəfindən dermatoloji cəhətdən təsdiq edilmişdir.
Gündəlik bezlər dərinin qıcıqlanmasına səbəb olurmu?
Gündəlik bezlərin səbəb olduğu dəri qıcıqlanması bir çox qadınlarda tez-tez narahatlığa səbəb olsa da, bizim gündəlik bezlərimizin dəridə heç bir qıcıqlanmaya səbəb olmayacağına əmin ola bilərsiniz. İstifadəsinin təhlükəsiz olduğuna əmin olmaq üçün məhsullarımız ciddi təhlükəsizlik sınaqlarından keçirilir. Keyfiyyət qiymətləndirilməsinə dair nümunəyə burada baxa bilərsən.
Ətirli bezlər sizin üçün ziyanlıdırmı? Ətirli bezlər sizdə qıcıqlanmaya səbəb olurmu?
Always olaraq biz özümüzü təhlükəsizliyə həsr etmişik, buna görə də sizi əmin edirik ki bizim ətirli gündəlik bezlərimiz gündəlik istifadə üçün təhlükəsizdirlər. Seçdiyimiz materiallar, o cümlədən ətirli bezlərimizdə seçdiyimiz ətir dəri qıcıqlanmasına və ya qaşınmasına səbəb olmur. Bundan əlavə, bu ətirlər ətirlərin təhlükəsizliyi sahəsində dünyanın aparıcı təşkilatı olan Beynəlxalq Qoxulu Maddələr Assosasiyası tərəfindən qoyulmuş çox ciddi təhlükəsizlik standartlarına cavab verir. Sizlərdən ətirsiz məhsullara üstünlük vərənlər və ya ətirə qarşı həssas olanlara eyni rahatlığı təmin edəcək ətirsiz məhsullarımızı tövsiyə edirik.
Bezlərin tərkibində xlor tərkibli ağardıcı varmı?
Xeyr, bizim bezlərimiz xlorsuz təmizlənmə prosesindən keçdiyi üçün tamamilə təhlükəsizdir.
Bezlər nə üçün ağardılır?
Əməkdaşlıq etdiyimiz təchizatçılar məhsullarımızda sellüloza liflərini saflaşdırmaq üçün xlorsuz prosesdən istifadə edirlər. Saflaşdırma təbii qarışıqları aradan qaldırmaq və lifləri istehsala hazırlamaq üçün təmizləmək məqsədi ilə həyata keçirilir. Bu prosesin nəticəsində hətta məqsədimiz bundan ibarət olmasa belə, liflər ağarır. Alternativ üsul süellüloz lifiinin saflaşdırılmasıdır ki, bu da hidrogen peroksidin istifadəsi ilə tam xlorsuz şəkildə həyata keçirilir.
Bezlərinizin tərkibində zəhərli boyalar varmı?
Xeyr, yoxdur. Alimlər, tibb işçiləri və səlahiyyətli orqanlar bezlərimizin bəzilərində istifadəsinin təhlükəsiz olmasını təsdiq edənə kimi piqmentləri diqqətlə incələyirlər.
Gündəlik bezlərinizin təhlükəsiz olduğuna necə zəmanət verirsiniz?
Bizim qiymətləndirmə prosesimiz sizin təhlüksizliyinizin təmin edilməsi üçün ciddi şəkildə işləyən elmə əsaslanır. Bazara çıxmazdan əvvəl hər bir məhsul və material təhlükəsizlik üzrə ciddi standartlara cavab verməlidir. Bundan əlavə, bizim qiymətləndirməmiz məhsulun istifadəsinin təhlükəsizliyinə zəmanət verən alimlər, səhiyyə təminaatçıları və səlahiyyətli orqanların ortaq fikridir. Bizim təhlükəsizlik prosesimiz haqqında təfərrüatlı məlumat əldə etmək üçün korporativ vebsaytımıza daxil ola bilərsiniz.
Always-ın Təhlüksizlik üzrə Öhdəliyi
Biz həmişə bütün məhsullarımızın ciddi təhlükəsizlik standartlarına cavab verməsinin təmin olunmasına cavabdehik.
Bununla yanaşı, müstəqil ekspert qrupları məhsulların təhlükəsizlik tələblərinə cavab verdiyini təmin etmək üçün təhlükəsizlik qiymətləndirilməsi və tərkibinin təhlilini həyata keçirirlər. Buna görə də, Dəri Sağlamlığı İttifaqı tərəfindən bezlərin dermotoloji cəhətdən təsdiq edildiyi üçün çox qürur duyuruq.
Dəri Sağlamlığı İttifaqı kimdir?
Onların öz sözləri ilə desək "Dəri Sağlamlığı İttifaqı, bütün dünyada məhsullar, xidmətlər və markalara peşəkar dermatoloji təsdiqi təqdim edir.
Biz istehsalçıları məhsulların dəri təhlükəsizliyi baxımından müstəqil şəkildə yoxlanıldığına əmin edərək onların öz seçimlərində inamlı olmalarına kömək edirik.
Biz həmçinin öz işimizdə bir sıra xeyriyyə işlərini və yaxşı işləri dəstəklədiyimiz üçün qürur duyuruq."
https://www.skinhealthalliance.org/about-us/
Always (Always Ultra, Always Night, Always Sensitive) Dəri Sağlamlığı İttifaqı tərəfindən dermotoloji cəhətdən təsdiq edilmişdir.
Dəri Sağlamlığı İttifaqı tərəfindən təsdiq edilmək nə deməkdir?
“Dəri Sağlamlığı İttifaqının dermatoloji təsdiq loqosu məhsullarımızın dəri sağlamlığına dair bütün tələblərə tam şəkildə cavab verməsinin zəmanətidir. Bu tələblər istehsalçı və ya brend tərəfindən müəyyən edilmir, müstəqil aparıcı dermatoloqlarımız və dəri üzrə araşdırmalar aparan alimlərdən ibarət işçi qrupumuz tərəfindən müəyyəlnəşdirilir.“ James Stalley, İcraçı direktor Dəri Sağlamlığı İttifaqı
Əlavə məlumat üçün aşağıdakı mənbələrə:
Skin Health Alliance vebsaytı- https://www.skinhealthalliance.org/
və onların nə olduqları/nə etdiklərindən bəhs edən videoya baxa bilərsiniz: https://www.youtube.com/watch?v=NA-lr0UMxC4