Always hər gün istifadə etdiyiniz məsulun tərkibində nə olduğunu bilmək istədiyinizi anlayır. Buna görə də özünüzə uyğun məhsulu seçməyiniz üçün lazım olan məlumatları təmin etmək üçün səylə çalışırıq.
Always gigiyenik və gündəlik bezləri yüksək rahatlıq və müdafiə təmin edən materiallardan hazırlanıb. Məhsullarımızın tərkibi və hər bir komponentin hansı məqsədə xidmət etdiyi barədə tam izahat üçün aşağı baxın:
Sualınız var? Lütfən, Tez-tez verilən suallar bölməmizə baxın ya da bizə mesaj göndərin.
Always məhsulları təhlükəsizdirmi?
Bəli, gigiyenik və gündəlik bezlərimiz təhlükəsizdir və hər il milyonlarla qadın tərəfindən təhlükəsiz şəkildə istifadə edilir. Bütün işlərimizin təməlində sizin təhlükəsizliyiniz dayanır, odur ki, məhsullarımız həkim, alim və səhiyyə qurumları kimi müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr daxil olmaqla, ciddi sınaqlardan keçirilir. İstifadədən öncə, istehsal mərhələsində bez materialları üzərində 1800 keyfiyyət yoxlaması aparılır. Hər il müstəqil laboratoriyalar tərəfindən bezlərimiz və onların komponentləri üzərində 20000-dən çox sınaq aparılır. Bundan əlavə, Always (Always Ultra, Always Night, Always Sensitive) "Skin Health Alliance" təşkilatının dermatoloji akkreditasiyasından keçib.
Bezləriniz dərini qıcıqlandırırmı?
Xeyr, bezlərimiz dəridə qıcıqlanmaya səbəb olmamalıdır. Təhlükəsiz istifadənin təmin edilməsi üçün bütün məhsullarımız ciddi təhlükəsizlik sınaqlarından keçirilir. Təhlükəsizlik qiymətləndirməsinin bir nümunəsinə burada baxmaq olar.
Ətirli bezlər təhlükəsizdirmi? Onlar dəridə qıcıqlanma və qaşınmaya səbəb olmayacaqmı?
Bütün işlərimizin təməlində sizin təhlükəsizliyiniz dayanır, odur ki, ətirsiz gigiyenik və gündəlik bezlərimiz kimi ətirli məhsullarımız da təhlükəsiz istifadə oluna bilər. Materialları, eləcə də ətirli məhsullarımızdakı rayihəni qıcıqlandırıcı olmayan və bezdə istifadə olunduqda, qaşınma yaratmayan materiallar arasından seçirik. Bundan əlavə, gigiyenik və gündəlik bezlərimizdə istifadə olunan rayihə ətirli maddələrin təhlükəsizliyi sahəsində dünyanın aparıcı təşkilatı olan Ətirli Maddələr üzrə Beynəlxalq Assosiasiyanın müəyyən etdiyi ciddi təhlükəsizlik standartlarına cavab verir. Ətirsiz məhsullarımızı rayihəsiz məhsullara üstünlük verən və ya ətirlərə qarşı həssas ola biləcək şəxslərə tövsiyə edirik.
Niyə bezləriniz 100% pambıqdan hazırlanmır?
Məhsullarımız, hansı materialdan hazırlandığından asılı olmayaraq, ciddi təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Hər bir qadın və axıntı fərqlidir, buna görə də geniş məhsul çeşidi təqdim etməyin vacibliyinə inanırıq. Bu səbəbdən bezlərinin etibar edə biləcəkləri adi inqrediyentlərdən ibarət olmağını istəyən qadınlar üçün Always Sensitive Essentials məhsullarını hazırladıq.
Kompromisə ehtiyac yoxdur, Sensitive Essentials boya, ətir və xlorla təmizləmədən azad, sadə inqrediyentlərin etibarlı Always rahatlığı və müdafiəsi ilə birləşməsini təklif edir.
Bezlərdə xlorla ağartmadan istifadə olunur?
Xeyr, Always Sensitive Essentials bezləri tamamilə xlorsuz proses vasitəsilə saflaşdırılır, qalan bezlərimiz isə elementar xlorun daxil olmadığı proseslə saflaşdırılır. Hər iki proses eyni dərəcədə təhlükəsizdir.
Bezlərdə nə üçün ağartma aparılır?
Təchizatçılarımız məhsullarımızdakı sellüloz liflərini saflaşdırmaq üçün elementar xlorun daxil olmadığı prosesdən istifadə edirlər. Saflaşdırma təbii qatışıqları aradan qaldırır, lifləri istehsala hazır vəziyyətə gətirmək üçün təmizləyir. Liflərin bəyazlaşması bu prosesin məqsədi deyil, nəticəsidir. Always Sensitive Essentials bezləri sellüloz liflərinin tamamilə xlorsuz, hidrogen peroksidin istifadə edildiyi alternativ metodla saflaşdırılması variantını təklif edir.
Bezlərinizdə zəhərli boyaq maddələri varmı?
Xeyr, yoxdur. Bəzi bezlərimizdə istifadə olunan piqmentlər təhlükəsiz istifadəyə təminat məqsədilə alimlər, tibb müəssisələri və nüfuzlu qurumlar tərəfindən ciddi qiymətləndirmələrdən keçirilib.
Məhsullarınızın təhlükəsiz olduğuna necə təminat verirsiniz?
Arxayın ola bilərsiniz, elmə əsaslanan qiymətləndirmə prosesimiz məhsullarımızdan istifadə edən qadınların təhlükəsizliyini təmin etməyə yönəlib. Yalnız elmə əsaslanan təhlükəsizlik standartlarına cavab verən məhsullar bazara çıxa bilər. Bundan əlavə, məhsullarımızın təhlükəsiz istifadə edilə biləcəyinə təminat üçün qiymətləndirmələrimizi alimlər, tibb müəssisələri və nüfuzlu qurumlarla paylaşırıq. Təhlükəsizlik prosesi barədə daha ətraflı məlumat üçün bu veb-sayta baxın.
Təhlükəsizlik öhdəliyimiz
Always bütün məhsullarımızın ciddi təhlükəsizlik standartlarına cavab verməsini təmin etmək öhdəliyinə sadiqdir. Bundan əlavə, təhlükəsizlik qiymətləndirmələrimizin və inqrediyentlərimizin müstəqil ekspertlər tərəfindən öz dəri təhlükəsizliyi tələbləri əsasında yoxlanmasının vacib olduğuna inanırıq. Buna görə də "Skin Health Alliance" təşkilatının dermatoloji akkreditasiyasından keçdiyimiz üçün fəxr edirik.
"Skin Health Alliance" akkreditasiyası
"Skin Health Alliance" nədir?
Öz sözlər ilə desək: ""Skin Health Alliance" dünya miqyasında məhsul, xidmət və brendləri peşəkar dermatoloji akkreditasiya ilə təmin edir.
Məhsulların dəri üçün təhlükəsizliyinin müstəqil surətdə yoxlanıldığını bir daha təsdiqləyərək istehlakçılara seçimlərindən əmin olmağa kömək edirik.
Həmçinin fəaliyyətimiz çərçivəsində dəri sağlamlığı ilə bağlı bir sıra xeyriyyə təşkilatlarına və məqsədlərinə dəstək verdiyimiz üçün fəxr edirik.”
https://www.skinhealthalliance.org/about-us/
Always (Always Ultra, Always Night, Always Sensitive) "Skin Health Alliance" təşkilatının dermatoloji akkreditasiyasından keçib.
"Skin Health Alliance" akkreditasiyası nə deməkdir?
"Skin Health Alliance" dermatoloji akkreditasiya loqotipi məhsulların əhatəli dəri təhlükəsizliyi tələblərimizə cavab verdiyini bir daha təsdiq edir. Bunlar istehsalçı və ya brend tərəfindən deyil, aparıcı müstəqil dermatoloq və dəri alimlərindən ibarət komandamız tərəfindən razılaşdırılmış tələblərdir. James Stalley, İcraçı direktor, Skin Health Alliance
Ətraflı məlumat üçün onlara internetdə baxa bilərsiniz:
Skin Health Alliance veb-saytı - https://www.skinhealthalliance.org/
və kim olduqları/fəaliyyətləri haqqında video: https://www.youtube.com/watch?v=NA-lr0UMxC4