Always hər gün istifadə etdiyiniz məhsulların tərkibində nə olduğunu bilmək istədiyinizi anlayır. Buna görə də, özünüzə uyğun məhsulu seçməyiniz üçün lazım olan məlumatları təmin etmək məqsədilə səylə çalışırıq.
Bizim Always alt geyimi formalı bezlərimiz yüksək rahatlıq və müdafiə təmin edən materiallardan hazırlanıb. Məhsullarımızın tərkibi və hər bir komponentin hansı məqsədə xidmət etdiyi barədə tam izahat üçün aşağı baxın:
1. Alt geyimi materialı
Elə hazırlanıb ki, alt geyiminizlə bez arasında heç bir fərq hiss etməyəcəksiniz
2. Rezinlər
Rezinli yumşaq material məhsulun beldə öz yerində dayanmasına imkan verir. Rezinlərin tərkibində təbii (kauçuk) lateks yoxdur.
3. Üst qat və ikinci üst qat
Yumşaq üst qat və həm geyimlərdə, həm də alt geyimlərində istifadə olunanlara bənzər sintetik materiallardan hazırlanmış ikinci qat. Bu sintetik materiallar mayeni sürətlə hopdurucu qata ötürmək və dərinizi quru saxlamaq üçün istifadə edilir.
4. Hopdurucu qat
Hopdurucu sellülozdan hazırlanmış elastik qat. Bu materialın daha nazik fərqli formasından çay paketləri və gündəlik geyim kimi müxtəlif predmetlərdə istifadə olunur. Bezlərdə bu hopdurucu materialdan 1920-ci illərdən bəri istifadə edilir. Hopdurucu gel dənəcikləri ilə bir yerdə saxlamaq və beləliklə, hopduruculuğu artırmaq üçün, elastik qat nazik sintetik təbəqə ilə əhatə olunub.
5. Qoxu neytrallaşdırıcı texnologiya
Qoxu neytrallaşdırıcı texnologiyamız parfümə bənzər yüngül ətirli seçmə komponentlərin daxil olduğu eksklüziv bir materialdır. O, hopdurucu daxili qatın altına tətbiq edilir və bezdəki pis qoxuları gizlətmək və neytrallaşdırmaq üçün optimallaşdırılıb.
6. Alt qat
Mayeni daxildə saxlamaq üçün sintetik materialdan hazırlanmış nəmə davamlı alt qat.
7. Yapışqanlar
Alt geyimi formalı bezin qatlarını bir yerdə saxlamaq üçün istifadə olunur.
Sualınız var? Lütfən, Tez-tez verilən suallar bölməmizə baxın ya da bizə mesaj göndərin.
"Skin Health Alliance" akkreditasiyası
Ətraflı məlumat üçün onlara internetdə baxa bilərsiniz:
Skin Health Alliance veb-saytı - https://www.skinhealthalliance.org/
və kim olduqları/fəaliyyətləri haqqında video: https://www.youtube.com/watch?v=NA-lr0UMxC4